BAKI, 29 iyul — Sputnik. Xarkov vilayətinin Derqaçi yaşayış məntəqəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus Tor-M1 zenit-raket kompleksinin buraxılış qurğusunun Rusiyanın Su-35-ləri tərəfindən məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin məlumatına görə, həmçinin Razdolovka bölgəsində Rusiyanın Su-34 təyyarəsi Ukraynanın Buk-M1 zenit-raket kompleksinin özüyeriyən atəş sistemini məhv edib.
Bundan əlavə, xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri Kiyev vilayətinin Lyutej kəndi yaxınlığındakı poliqonda Donbasa göndərilməyə hazırlaşılan 30-cu mexanikləşdirilmiş briqadaya zərbələr endirib. Çerniqov vilayətində Qonçarovskoye birləşmiş silahlar poliqonunda döyüş qabiliyyətini bərpa edən 57-ci motoatıcı briqada da ciddi itkilər verib.
Xüsusi əməliyyat başlayandan RF Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 361 zenit-raket kompleksini, 768 MLRS döyüş maşını və 3213 səhra artilleriya qurğusu və minaatanlarını məhv edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Minkovka bölgəsində Ukraynaya məxsus Buk-M1 hava hücumundan müdafiə sisteminin məhv edilməsi barədə məlumat vermişdi.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.