NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında nə baş verir - Qiymətlər

İnvestorlar dünyada iqtisadi yavaşlama ola biləcəyi ilə bağlı narahatlıq keçirirlər. Lakin, neft bazarı nisbətən sakitləşib
Sputnik
BAKI, 29 iyul — Sputnik. Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
London birjasında "Brent" markalı neftin qiyməti 0,24 dollar azalaraq 106,90 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,21 dollar bahalaşaraq 96,63 dollar olub.
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Belə ki, "Azeri Light" markalı neftin qiyməti 0,56 dollar azalaraq 109,96 dollar olub.
İnvestorlar dünyada iqtisadi yavaşlama ola biləcəyi ilə bağlı narahatlıq keçirirlər. Digər tərəfdən, bazarda neft təklifində artım müşahidə edilir. Baş verənlər neft bazarında nisbətən sakitlik yaradıb. Nəticədə neft bazarı həftəni qazancla başa vurmağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.