BAKI, 29 iyul — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bəs görəsən, bu yenilik nəyi dəyişəcək?
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, Nazirliyin əsasnaməsinə uyğun olaraq dövlət mülkiyyətində olan muzeylər Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir:
"Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin də mövcud vəziyyətinin təkmilləşməsi və idarə edilməsi yüksək standartlarla təmin ediləcək".