BAKI, 29 iyul — Sputnik. Koreya müharibəsində atəşkəs sazişinin imzalanmasının 69-cu ildönümü Şimali Koreyada qeyd edilib. Bununla bağlı iyulun 27-si bu ölkədə milli bayram elan edilib.
Paytaxt olan Pxenyanda keçirilən bayram tədbirləri çərçivəsində veteranların və dövlət başçısı Kim Çen Inın iştirakı ilə Vətən Azadlıq müharibəsində Qələbənin növbəti ildönümü münasibətilə parad keçirilib.
Beləliklə, KXDR-də atəşkəs sazişinin imzalanması ilə başa çatan 1950-1953-cü illəri rəsmi olaraq Koreya müharibəsi adlandırırlar.
Koreya yarımadasında hərbi əməliyyatlar 25 iyun 1950-ci ildə başlayıb.
1953-cü il iyulun 27-də Şimali və Cənubi Koreya arasında demilitarizasiya zonasında yerləşən Phanmunjom sərhəd-keçid məntəqəsində atəşkəs sazişi bağlanıb. Formal olaraq Koreya müharibəsi hələ başa çatmayıb.