RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zelenskinin Qərb tərəfindən formalaşdırılmış imic resursu tamamilə tükənib - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Zelenskinin Qərb mediasında daha fəal görünməyə başladığına diqqət çəkib.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb tərəfindən formalaşdırılmış imic resursu tamamilə tükənib, dünya auditoriyası artıq onu qəbul etmir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
Diplomat Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskinin Qərb mediasında daha fəal görünməyə başladığına diqqət çəkib.
"Onun ABŞ-a səfəri, jurnalların üz qabığı, bunkerdə fotosessiyalar. Hətta Ukrayna prezidenti indi həyat yoldaşının fonunda müsahibələr verir. Səbəb bayağıdır - Zelenski yorulub, dünya tamaşaçısı onu qəbul etmir", - deyə Zaxarova vurğulayıb.
Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hərbiləşdirilmiş imic qələbə olmadan dəyişdirilə bilməz və Qərb isə yenisini formalaşdıra bilməyib.
"Zelenskinin resursu tamamilə tükənib, bu rol ümidsizcə yox olub", – diplomat qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.