BAKI, 28 iyul — Sputnik. Dünyada neft qiymətləri nisbətən bahalaşıb.
"Brent" nefti 0,93% bahalaşaraq 102,62 dollara, "WTI" neftinin qiyməti 1,05% artaraq 98,28 dollara satılıb.
ABŞ Energetika Nazirliyinin ölkədə xammal ehtiyatlarının azalması haqqında məlumatları, Federal Ehtiyatlar Sisteminin qərarları neftin qiymətlərinə təsir göstərib.
ABŞ-da həftə ərzində ölkədə neft ehtiyatları 4,5 milyon barel, yaxud 1,1% azalaraq 422,1 milyon barelə düşüb.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,6% azalaraq 110,52 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.