HƏRBİ

Müdafiə Nazirliyindən II təkzib: Azərbaycan Ordusu Ermənistan istiqamətində atəş açmayıb

Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib.
Bu barədə Müdafiə Nazirliyinin "Facebook" səhifəsində yayılan məlumatda bildirilib.
Məlumatda deyilir: "Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır".
Xatırladaq ki, daha öncə Müdafiə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb ki, Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir.
HƏRBİ
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Qırmızı Bazar istiqamətində atəş açmayıb