BAKI, 28 iyul — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycan silahlı qüvvələrinin Xocavənd rayonunun Qırmızı bazar və Tağaverd yaşayış məntəqələrini atəşə tutduğu barədə məlumat yayıb.
Bildirilib ki, atəş 20 dəqiqə davam edib. Hər hansı itki qeydə alınmayıb.