RUSİYA

Avropa Rusiyadan gələn qaza embarqo hədələrinə görə özünün qazdığı quyuya düşüb

Fransalı köşə yazarı İzabel Lasserin fikrincə, Avropa iqtisadi və sosial nəticələrdən qorxub.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Avropa Rusiya qazına embarqo tətbiq etməklə bağlı daimi təhdidləri səbəbindən "özünün qazdığı quyuya" düşüb. Bu barədə “Le Figaro”nun fransız nəşrinin köşə yazarı İzabel Lasser bildirib.
“Rusiya qazı ilə avropalılar özlərinin qazdıqları quyuya düşdülər,” - deyə müəllif qeyd edib.
Məqalədə o, həmçinin, vurğulayır ki, xüsusi əməliyyatın əvvəlindən Aİ ölkələri dəfələrlə Moskvanı Rusiya qazından "asılılığını" dayandırmaqla hədələyib. Amma nəticədə bu sözləri hərəkətə keçirə bilməyiblər. Lasser hesab edir ki, Avropa bir sıra ölkələrin inadkarlığı ilə qarşılaşaraq bu qərarın iqtisadi və sosial nəticələrindən qorxub.
Bu ilin aprelində Fransa Prezidenti Emmanuel Makron Rusiya qazına embarqonun müzakirə olunmadığını bildirmişdi. Elə o zaman o, xəbərdarlıq etmişdi ki, gələn qış Avropa Rusiya qazı olmasa, bunun nəticələri ilə üzləşəcək. Fransa lideri qeyd edib ki, Avropa bu ilin yaz və yay aylarında Rusiyanın enerji resurslarına mümkün embarqonun nəticələrini görməyəcək, çünki bu müddət ərzində qaz anbarlarına ehtiyatlar hələ də doldurulacaq.