BAKI, 27 iyul — Sputnik. İyulun 28-dən etibarən Rusiyanın "Utair" aviaşirkəti Samara-Bakı reysi üzrə uçuşlara başlayacaq.
APA-nın xəbərinə görə, uçuşlar cümə axşamı və bazar günləri icra olunacaq. Biletlərin qiyməti 7560 rubldan (213 manatdan) başlayır.
"Utair"in prezidenti Oleq Semenov bildirib ki, şirkət region sakinlərinin müraciəti əsasında yeni istiqamətlər açmağı planlaşdırır: "Biz daha bir beynəlxalq reys açırıq, tələbatın olacağına əminik".
Xatırladaq ki, hazırda Samara-Bakı marşrutu üzrə uçuşlar "İrAvia" aviaşirkəti tərəfindən həyata keçirilir.