TƏHSİL

"Rus dilində təhsilə heç kim əngəl ola bilməz" - Nazirdən açıqlama

Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bir məktəbdə rus bölməsi üçün müəyyən kvota müəyyən edilibsə, başqa bir məktəbi seçmək lazımdır.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Təhsilin keyfiyyətinə görə fərqlənən məktəblərin sırasında ilk 10-15 yeri Azərbaycan dilində tədris həyata keçirən məktəblər tutur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, Azərbaycan dilində tədris olunan məktəblər nəinki rus dilində tədris olunan məktəblərdən geri qalır, hətta dəfələrlə irəlidədir:
"Azərbaycan dilində tədris daha keyfiyyətlidir. Əgər kimsə övladının rus dilində təhsil almasını arzu edirsə, buna heç kim əngəl ola bilməz. Ancaq yer saylarını nəzərə almaq lazımdır, bir məktəbdə rus bölməsi üçün müəyyən kvota müəyyən edilibsə, başqa bir məktəbi seçmək lazımdır".
Qeyd edək ki, hazırda Azərbaycanda 334 rus dilində təhsil verən məktəb və tədrisin yalnız rus dilində aparıldığı 17 məktəb var. Sonuncular əsasən regionlarda yerləşir.
Azərbaycanın regionlarından Naxçıvandakı 3 nömrəli məktəb ən yaxşı nəticə göstərən məktəblərdən hesab olunur. Hər il onun məzunlarının demək olar ki, hamısının universitetlərə daxil olduğu bildirilir.
Rus dili olimpiadalarının nəticələrinə görə, aşağıdakı təhsil müəssisələri də yüksək göstəricilər nümayiş etdirir: Bakı 6 nömrəli məktəb-lisey, Bakı Slavyan Universitetinin liseyi, 160 nömrəli Klassik Gimnaziya, 145, 229 nömrəli ümumtəhsil məktəbləri, Zaqatala rayonundakı 2 nömrəli məktəb, Gəncə şəhər 4 nömrəli məktəbi, Qusar şəhər 3 nömrəli məktəbi, Xaçmaz şəhər 8 nömrəli liseyi, Lənkəran şəhəri 4 nömrəli məktəbi.
TƏHSİL
"Direktorun ixtiyarı yoxdur ki, şagirdi forma geyinməyə məcbur etsin" - Təhsil naziri