VİDEO

Qarşılaşma qızğın olacaq: Ağdam "Qarabağ"ının şansı necədir?

Bu gün Azərbaycanın "Qarabağ" klubu futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu keçirəcək. "Qarabağ"ın şansları nə qədər yüksəkdir – videomuzu izləyin
Sputnik
Matçın ilk 90 dəqiqəsinin nəticəsinə əsasən, hesab edirəm ki, xüsusən də "Qarabağ"ın İsveçrə çempionunu darmadağın etdiyi ilk hissəyə baxsaq, şanslar kifayət qədər yüksəkdir. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində idman jurnalisti, Sport24.az portalının baş redaktoru Ceyhun Əliyev deyib.
"Fasilədən sonra baş verənləri "Qarabağ"ın aparıcı oyunpozanı, tempi aşağı sala bilən Qara Qarayevin yoxluğu ilə əlaqələndirərdim. Düşünürəm ki, Azərbaycan çempionu İsveçrədən qələbə ilə qayıdacaq və növbəti mərhələyə adlayacaq", - Əliyev əminliklə qeyd edib.
İdman jurnalisti deyib ki, hər komanda rəqibin imkan verdiyi qədər yaxşı oynayır. Onun sözlərinə görə, "Sürix" ilk 15 dəqiqə ərzində fırtınalı olacaq və bu, Qurban Qurbanovun yetirmələri üçün asan olmayacaq. Amma tədricən ağdamlılar oyunun iplərini öz əllərinə alıb, meydanın rəqibə aid hissəsinə keçə biləcəklər.
Konfrans Liqasında digər klublarımızın məğlubiyyətinə gəlincə, idman jurnalisti hesab edir ki, onlar daha yaxşı oynaya bilərdilər.
"Rəqibləri "Zirə" və "Qəbələ"yə futbolun bütün parametrlərində qalib gəlib. Ümid edirəm ki, "Neftçi" geri dönüş edə biləcək, çünki onların potensialı və təcrübəsi rəqibinkindən qat-qat yüksəkdir", - deyə Əliyev fikirlərini tamamlayıb.