BAKI, 27 iyul — Sputnik. Bakıda özəl klinikada ərəb turist ölüb. Hadisə "Leyla Medical Center"də baş verib.
Belə ki, "Renaissance Palace Baku" hotelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.
O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq k, 2019-cu ilin avqust ayında da Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist vəfat etmişdi. 50-55 yaş aralığında olan turist Kukla Teatrının yaxınlığında həkimlər hadisə yerinə gəlməmişdən ürək tutmasından dünyasını dəyişib.