MƏDƏNİYYƏT

Emin Ağalarov "bomj" oldu

Yeni layihəsi üçün səfil obrazını yaradan xalq artisti Emin Ağalarov yeni fotosu ilə hər kəsi təəccübləndirib.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Xalq artisti Emin Ağalarov yeni fotosu ilə diqqət çəkib. Müğənni səfil obrazını yaradıb. Fotosunu "Instagram" hesabında yayımlayan müğənni şəklinə "Gecə şənliyindən sonra" qısa şərhini yazıb.
Emin bu obraza yeni layihəsi üçün girib
Məlumat üçün bildirək ki, 2006-cı ildə Eminin ilk "Still" adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə "Incredible" adlı albomunu çıxardıb ki, albomdakı "Don't Cry" mahnısı "Sıfır kilometr" filminin saundtrekində yer alıb.
Daha sonra isə Elvis və Frenkin "cover"lərindən ibarət olan "Obsession" və Moskvadakı konsertinin DVD-sini də satışa çıxartdığı "Devotion" albomu satışa çıxıb. Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və "Wonder" albomunu Britaniyada satışa çıxarır.
Onu da bildirək ki, müğənni əksər mahnılarının müəllifidir. Avropada, xüsusən də Rusiya və Azərbaycanda konsertlər verməyə davam edir.
Emin Ağalarov 27 may 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. İsveçrədə və ABŞ-da təhsil almış müğənni həmçinin "Marymount Manhattan College"-i (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" ixtisası üzrə diplomu var.
Rusiyada bizneslə məşğul olan sənətçi "GQ" jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdı.