TƏHSİL

"Direktorun ixtiyarı yoxdur ki, şagirdi forma geyinməyə məcbur etsin" - Təhsil naziri

Nazir bildirib ki, şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məktəbli formaları ilə bağlı fikirlərə aydınlıq gətirib.
E.Əmrullayev bildirib ki, məktəbli formasının qiymətini Təhsil Nazirliyi yox, bazar müəyyən edir. Nazir qeyd edib ki, forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil:
"Bu tövsiyəedici qaydalardır. Şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil. Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti də yoxdur. Qaydanın mahiyyəti odur ki, şagirdlər arasında fərq olmasın.
Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə də məktəbə formada gəlmirsə, Nazirlik gedib onu məktəbdə yoxlamayacaq, yaxud əksinə direktorun da ixtiyarı yoxdur ki, şagirdi hansısa forma geyinməyə məcbur etsin".
TƏHSİL
Məktəblərdə tədris dayandırılacaq? - Nazirdən açıqlama