DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ-ın Rusiya neftinə sanksiyalar tətbiq etmək cəhdlərini etirazla qarşılayıb

Çinin Xarici İşlər Nazirliyi qeyd edib ki, Moskva və Pekin bərabərlik və qarşılıqlı fayda əsasında normal ticari-iqtisadi əməkdaşlıq edir.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Moskva və Pekin bərabərhüquqlu və qarşılıqlı fayda əsasında normal ticari-iqtisadi əməkdaşlıq edirlər. Bu barədə Çin Xarici İşlər Nazirliyindən bildiriblər.
Çin Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, Pekin Amerika Birləşmiş Ştatlarının Rusiyanın Çinə neft tədarükünə qarşı sanksiyalar tətbiq etmək cəhdlərinə etiraz edib.
Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan TASS-a bildirib ki, "Çin bu cür qeyri-qanuni birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır".
O əlavə edib ki, Moskva və Pekin bərabərhüquqlu və qarşılıqlı fayda əsasında normal ticari-iqtisadi əməkdaşlıq edirlər.
Bir müddət əvvəl Çjao Litszyan ABŞ Konqresinin RF-nin "terrorizmin sponsoru" elan edilməsi təklifini şərh edərkən bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında danışıqlar üçün əlverişli şərait yaratmalıdır.
Diplomat qeyd edib ki, Pekin həmişə hesab edib ki, dialoq və danışıqlar Ukraynada münaqişənin həllinin yeganə yoludur.
Bundan əvvəl Çin Müdafiə Nazirliyi bildirmişdi ki, ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə Çin silahlı qüvvələri "əl-qolunu sallayıb oturmayacaq".
Çin ordusu ölkənin işlərinə kənardan müdaxilənin qarşısını almaq üçün qətiyyətli addımlar atmağa hazırdır. Diplomatın sözlərinə görə, Pelosinin Tayvana səfəri baş tutarsa, Çin hərbçiləri qətiyyətli hərəkətə hazırdırlar və onlar boş oturmayacaqlar.