RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

BMT-nin himayəsi altında tribunalın yaradılması mümkünsüz görünür - Rusiyalı diplomat

Rusiya XİN rəsmisi bildirib ki, BMT-nin himayəsi altında Ukrayna üzrə tribunalın yaradılması mümkün deyil.
Sputnik
BAKI, 27 iyul — Sputnik. BMT-nin himayəsi altında Ukrayna üzrə tribunalın yaradılması mümkün deyil. TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib.

"Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin MDB, KTMT, BRİCS və ŞƏT-dəki tərəfdaşları ilə birlikdə Ukrayna cinayətkarları üzərində beynəlxalq tribunal yaratmaq təşəbbüsü tam zamanındadır".

Rusiya XİN rəsmisi təəssüflə qeyd edib ki, beynəlxalq ictimaiyyətin bir hissəsi Ukrayna millətçiliyinə açıq himayədarlıq etməklə və Vaşinqtonun göstərişlərinə əməl etməklə özünü gözdən salıb:

"BMT-nin himayəsi altında belə bir tribunalın yaradılması demək olar ki, mümkünsüz olub".

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bundan əvvəl bildirmişdi ki, BMT-nin himayəsi altında ukraynalı cinayətkarlar üçün beynəlxalq tribunalın yaradılması boşunadır və bu məsələ Rusiyanın tərəfdaşları ilə birlikdə hazırlanmalıdır.
İstintaq Komitəsi sədrinin sözlərinə görə, Ukrayna məsələsində beynəlxalq hüquqa əsaslanan müstəqil mövqe nümayiş etdirən ölkələrin, həmçinin Suriya, İran və Boliviya ilə bağlı məsələlərdə də beynəlxalq tribunalın formalaşdırılması işinə cəlb edilməsi məqsədəuyğundur.
"Azov" xüsusi təyinatlı dəstəsi, arxiv şəkli
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
DÜNYA XƏBƏRLƏRİ
İnsan hüquqları ABŞ üçün yalnız siyasi alətdir