İQTİSADİYYAT

Azərbaycanda tədavülə yenilənmiş metal pullar buraxılıb - FOTO

Yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Mərkəzi Bank yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb.
Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.
Yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib.
Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib.