SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan "İslam səkkizliyi"nə üzvlük üçün müraciət edib

Türkiyənin xarici işlər naziri bildirib ki, təşkilatın daha da möhkəmləndirilməsi üçün nələr edəcəklərini müzakirə edirlər.
Sputnik
BAKI, 27 iyul — Sputnik. "D-8 ("İslam səkkizliyi" - red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030 hədəfimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV 100-ə müsahibəsində deyib.
"Bu təşkilatı genişlətmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır", - XİN başçısı bildirib.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. D-8 Türkiyənin o dönəmki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub.