BAKI, 26 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin sıralarında əsgərlərin döyüş əməliyyatlarında iştirak etmək istəməməsi səbəbindən əhvali-ruhiyyə aşağı düşür. Bu barədə ABŞ-ın "The New York Times" (NYT) qəzeti yazıb.
Məqalədə bildirilir ki, ukraynalılar çağırış vərəqələrinin, xüsusən də küçədə "gizli və özbaşına" verilməsinin olmasından narazılıqlarını bildirirlər. Yerli əhali xidmət etmək istəməyənlərin işə götürülməməsi hallarından şikayətlənir.
Qəzet yazır ki, çağırış vərəqəsi alanlar onlara heç vaxt seçim imkanı verilmədiyini deyirlər. Ukraynalı çağırış zabiti NYT-yə bildirib ki, Xarkov kimi Rusiya sərhədinə yaxın ərazilərdə bəziləri Rusiyanı dəstəklədiklərinə görə USQ-da xidmət etməkdən imtina edirlər.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi səfərbərliyə cəlb edilmiş ukraynalıların Donbasa getməkdən imtina etdiyini açıqlamışdı.
Rusiyanın baş prokuroru İqor Krasnov Ukraynada muzdluların və silahların yayılmasını MDB ölkələri üçün son dərəcə təhlükəli hesab edir.
"İndiki şəraitdə Ukrayna hadisələri ilə əlaqədar bu təhlükələr artmaqdadır. Bu gün ölkələrimiz yeni təhlükələrlə üz-üzədir. Onların arasında MDB dövlətləri vətəndaşlarının muzdlu döyüşçü kimi hərbi əməliyyatlarda iştirakı, silah, sursat, narkotiklərin yayılması kimi təhlükələr var", - Krasnov Düşənbədə Tacikistanın baş prokuroru Yusuf Rəhmonla görüşündə deyib.
Rusiyanın baş prokuroru vurğulayıb ki, bu təhlükələri aradan qaldırmaq üçün MDB ölkələri və hüquq-mühafizə orqanları bu sahədə işin səmərəliliyini artırmaq üçün qarşılıqlı fəaliyyət mexanizmlərini yeniləməlidir.