RUSİYA

İsrailin Rusiyaya qarşı mövqeyi qeyri-konstruktivdir - Zaxarova

RF XİN rəsmisinin sözlərinə görə, Moskva İsrailin son aylarda Rusiyaya, o cümlədən Ukrayna məsələsinə münasibətdə "qeyri-konstruktiv və qərəzli" mövqe tutmasından təəssüflənir.
Sputnik
BAKI, 26 iyul — Sputnik. "Soxnut" Yəhudi Agentliyinin qeyri-kommersiya təşkilatının mümkün bağlanması məsələsi hüquqi müstəvidədir, bununla Rusiya Ədliyyə Nazirliyi məşğul olur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyev Live" telekanalının efirində deyib.
Onun sözlərinə görə, Moskva İsrailin son aylarda Rusiyaya, o cümlədən Ukrayna məsələsinə münasibətdə "qeyri-konstruktiv və qərəzli" mövqe tutmasından təəssüflənir.
"İsrail rəhbərliyi tərəfindən müxtəlif səviyyələrdə anti-Rusiya fikirləri bildiriləndə, mövqe yalnız Ukraynayönümlü istiqamətdə qurulurdu. Bu, Qərbin qəribə və vəhşi səsinə tamamilə uyğun gəlirdi və həqiqətən suallar doğurdu", - Zaxarova deyib.
Mayın 21-də məlum olub ki, Moskvanın Basmannı məhkəməsi bu il iyulun sonunda Rusiya Ədliyyə Nazirliyinin Moskva Departamentinin "Soxnut"un bağlanması ilə bağlı vəsatətinə baxacaq.
Bundan sonra İsrailin baş naziri Yair Lapid ölkənin Xarici İşlər Nazirliyinə "Soxnut" agentliyinin bağlanacağı təqdirdə Rusiyaya qarşı bir sıra siyasi tədbirlər hazırlamağı tapşırıb.
"İsrail üçün Yəhudi Agentliyi "Soxnut" beynəlxalq təşkilatı bütün dünyada yəhudilər arasında əlaqələri təmin etməklə yanaşı, repatriasiya məsələləri ilə də məşğuldur. Agentlik 1929-cu ildə yaradılıb. 1989-cu ildən Rusiya Federasiyası ərazisində "Soxnut"un nümayəndəlikləri fəaliyyət göstərir.