RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Aerokosmik Qüvvələri bir gündə Ukraynanın 8 komanda məntəqəsini vurub

Ümumilikdə, xüsusi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 260 təyyarəsi, 140-dan çox helikopteri, 1600-dən çox PUA, 360-a qədər zenit-raket kompleksi, 4100-dən çox tankı məhv edilib.
Sputnik
BAKI, 26 iyul - Sputnik.Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Xarkov və Nikolayev vilayətlərində Ukraynaya məxsus iki PUA-nı vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
nazirlikdən o da bildirilib ki, bununla yanaşı, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 59-cu motoatıcı briqadasının artilleriya batalyonunu Nikolayev yaxınlığında yüksək dəqiqlikli silahlarla məhv edib ki, nəticədə şəxsi heyət və silah itkisi 70%-i ötüb:
"Rusiyanın döyüş təyyarələri gün ərzində Donetsk vilayətində və Nikolayev vilayətində Ukraynanın səkkiz komanda məntəqəsini vurub. Bundan əlavə, Nikolayev vilayətində OSA-AKM zenit-raket kompleksinin buraxılış qurğusu, Donetsk bölgəsində ABŞ istehsalı olan AN/TPQ-37 əks batareya radarı, eləcə də Donetsk istiqamətində səkkiz raket, artilleriya silah və sursat anbarı məhv edilib".
Nazirliyin məlumatında o da vurğulanır ki, əks-batareya döyüşü çərçivəsində Rusiya Silahlı Qüvvələri D-20 haubitsalarından ibarət dörd artilleriya taqımını, “Qvozdika” özüyeriyən artilleriya qurğularının yeddi taqımını və doqquz D-30 top taqımını vurub.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 260 təyyarə, 144 helikopter, 1613 pilotsuz uçuş aparatı, 358 zenit-raket kompleksi, 4162 tank və digər zirehli döyüş texnikası, 763 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3201 sahə artilleriya qurğuları və minaatan, həmçinin 4481 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”.