BAKI, 26 iyul — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev avropalıların Rusiyaya yönəlmiş indiki siyasətini kobudluq, infantilizm və axmaqlığın "iyrənc kokteyli" adlandırıb. Bu barədə Təhlükəsizlik Şurasının sədr müavini "Telegram" kanalında yazıb.
"Avropalıların Rusiyaya qarşı indiki davranışları təkəbbürlü kobudluğun, yeniyetmə infantilizmin və primitiv axmaqlığın iyrənc kokteylidir", - o, "Telegram" kanalında qeyd edib.
Medvedev xatırladıb ki, Avropa əzab çəkən insanları qorumaq və uzunmüddətli maraqlarını təmin etmək istəyinə görə ilk olaraq Rusiyanı sərt şəkildə cəzalandırmaq niyyətini açıqlayıb.
TŞ-nin sədr müavini bildirib ki, onlar Rusiya iqtisadiyyatını parça-parça etmək, enerji ixracından əldə olunan puldan məhrum etmək qərarına gəlib, total sanksiyalar tətbiq edib.
"Avropanın nəhəng sənayesi, inkişaf etmiş kənd təsərrüfatı var və Avropa İttifaqının vətəndaşları isti su olan evlərdə yaşamaq istəyirlər. Əsas odur ki, rusiyalılar əziyyət çəksinlər", - deyə Medvedev qeyd edib.
O əlavə edib ki, avropalılar sonradan başa düşdülər ki, qışı heç kim ləğv etməyib və alternativ qaz, neft və kömür tədarükü bahalı və ya sadəcə olaraq qeyri-realdır: "Onlar üç kresloda oturmağın nə qədər çətin olduğunu başa düşdülər".
Onun sözlərinə görə, avropalılar vəziyyətdən çıxış yolunu Kiyev rejiminə silah tədarükünü artırmaqda və müharibəni qələbə ilə sona çatdırmaqda görürlər.
"Yaxşı, yaxşı. Soyuq hava tezliklə gələcək...", - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib.