SƏHİYYƏ

Dünyada COVID-19-a yoluxma halları 571 milyonu ötüb

Yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayına görə ABŞ - 90 567 290 və 1 027 290 nəfərlə liderdir.
Sputnik
BAKI, 26 iyul — Sputnik. ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, bazar ertəsi səhər saatlarına dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 571 183 367 nəfərə çatıb. Bu barədə Rusiya mediası məlumat verir.
Dünyada virusun yayılmasından indiyədək COVID-19 infeksiyasına görə 6 386 213 nəfər dünyasını dəyişib.
Yoluxma sayı 20 milyondan çox olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
Koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı müvafiq olaraq:
ABŞ - 90 567 290 və 1 027 290 nəfər.
Hindistan - 43 920 451 və 526 110 nəfər.
Braziliya - 33 621 965 və 677 143 nəfər.
Fransa - 33 751 295 və 152 600 nəfər.
Almaniya - 30 476 605 və 143 364 nəfər.
Böyük Britaniya - 23 422 743 və 183 415 (keçən həftə cümə axşamı səhər saatlarına olan məlumat, sonrakı günlərə olan məlumat yenilənməyib) nəfər.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış "Worldometer" portalının məlumatına görə, çərşənbə axşamı səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 821,7 təşkil edib. Hindistanda hər 1 milyon əhaliyə 374 nəfər, Braziliyada 3 140 nəfər, Fransada 2 311 nəfər, Almaniyada 1 700 nəfər, Böyük Britaniyada 2 663 nəfər (cümə axşamı səhər saatlarına olan məlumata görə) vəfat edib. ABŞ haqqında isə məlumat verilmir.