BAKI, 26 iyul - Sputnik. Dövlət Dumasının sədri Vyaçeslav Volodin bütün dünyada de-dollarizasiya prosesini geridönməz hesab edir. Bu barədə qurum rəhbəri çərşənbə axşamı Telegram kanalında yazıb.
"Dünyada de-dollarizasiya prosesi başlayıb və onu dayandırmaq mümkün deyil", - deyə o qeyd edib.
Duma spikeri dolların öz mövqelərini getdikcə daha çox itirməsinin beş səbəbini sadalayıb.
Onun qənaətinə görə, xüsusilə, bu ona görə baş verir ki, “dollar real əmtəə və resurslarla dəstəklənmir”, həmçinin bu valyuta “siyasi mübarizə aləti kimi istifadə olunur” və bu, digər dövlətlərdə pullarının təhlükəsiz olacağına inam yaratmır.
Bundan əlavə, dollarsızlaşma prosesinə dünyanın çoxqütblülük və nəticədə dollara alternativ tələbi də təsir edir.
Səbəblər arasında spiker “Vaşinqtonun öz səhvlərini etiraf etmək və onların üzərində işləmək istəməməsi”ni, həmçinin tarixdə mövcud olan, hər bir dünya valyutasının öz dövrünün olduğunu və bunun təxminən 100 il davam etdiyini qeyd edib.