HADİSƏ

Xaçmaza toya gedənlər qəzaya düşüblər, ölən və yaralanan var

Hadisə zamanı avtomobildə olan Qusar rayon sakini 1976-cı il təvəllüdlü Asəf Şafi oğlu Hacıyev hadisə yerində ölüb.
Sputnik
BAKI, 25 iyul - Sputnik. Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"VAZ-2104" markalı minik avtomobili Xudat-Qusar yolunun Yalama kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan Qusar rayon sakini 1976-cı il təvəllüdlü Asəf Şafi oğlu Hacıyev hadisə yerində ölüb.
Onun sərnişini 1975-ci il təvəllüdlü Ramiddin Yaramməd oğlu Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
A.Hacıyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.