BAKI, 25 iyul — Sputnik. Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə videogörüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.
O bildirib ki, görülən tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini, 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.
Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.
Xatırladaq ki, bir müddət əvvəl DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə videogörüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlandığını açıqlamışdı.