RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

RF Müdafiə Nazirliyi Ukraynada bir neçə "Bayraktar" dronunun məhv edildiyini açıqlayıb

Nazirliyin məlumatına görə, xüsusi hərbi əməliyyat zamanı gecə-gündüz döyüş növbətçiliyində olan S-300V ekipajları Rusiya Silahlı Qüvvələrinin bölmələrinin hava hücum vasitələrindən qorunmasını təmin edir.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Ukraynada gecə-gündüz döyüş növbətçiliyində olan Rusiyanın S-300V zenit-raket sistemləri (ZRS) Türkiyə istehsalı olan bir neçə "Bayraktar TB2" pilotsuz hücum təyyarəsini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirlik qeyd edib ki, xüsusi hərbi əməliyyat zamanı gecə-gündüz döyüş növbətçiliyində olan S-300V ekipajları Rusiya Silahlı Qüvvələrinin bölmələrinin hava hücum vasitələrindən qorunmasını təmin edir.
"S-300V ZRS-nin radiolokasiya stansiyası bir neçə yüz kilometr radiusda hava vəziyyətini izləyir", - deyə Rusiya hərbi idarəsindən bildirilib.
Bazar ertəsi Rusiya Müdafiə Nazirliyi Qərb Hərbi Dairəsinin S-300V ekipajlarının Ukraynadakı əməliyyat zamanı döyüş işlərini əks etdirən videogörüntülər dərc edib.