AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident bu şəhərlərə yeni icra başçıları təyin edib

Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin imzaladığı digər bir Sərəncamla Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.