NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft həftəyə ucuzlaşma ilə başlayıb

Dünyada iqtisadi tənəzzül ilə bağlı narahatlıqlar neftin qiymətlərini aşağı salır
Sputnik
BAKI, 25 iyul — Sputnik. Dünya birjalarında neft qiymətləri həftəyə ucuzlaşma ilə başlayıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,89 dollar azalaraq 102,31 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,00 dollar ucuzlaşaraq 93,70 dollar olub.
Dünyada iqtisadi tənəzzül ilə bağlı narahatlıqlar neftin qiymətlərini aşağı salır.
Qeyd edək ki, ötən həftə ərzində Azərbaycan neftinin 1 barelinin orta qiyməti 118,95 ABŞ dollarına bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,28 dollar və ya 2,8% çoxdur. Həftə ərzində Azərbaycan neftinin qiyməti 6,32 dollar və ya 5,2% azalıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.