BAKI, 25 iyul — Sputnik. Almaniyanın artıq dərin iqtisadi böhran vəziyyətində olmasına baxmayaraq, ABŞ bu ölkəyə ciddi iqtisadi təzyiqlərini davam etdirir. Bu barədə Almaniyanın "Die Welt" qəzetinin köşə yazarı Tomas Straubhaar bazar günü, iyulun 24-də öz köşə yazısında yazıb.
"Yeni və son dərəcə təhlükəli <...> böhranların eyni vaxtda olması və ayrı-ayrı mənfi hadisələr arasında özünü gücləndirən zəncirvari reaksiyaların baş verməsinə başlanılması, onların nəticələrinin qeyri-müəyyən və olması, çətin idarəolunması və pis qiymətləndirilməsinə yol verməsi - qar topasının tipik təsirləridir", - deyə müəllif iqtisadiyyata ziyan vuran amillərin çoxluğuna işarə edərək bildirib.
Straubhaar fikrincə, Almaniya Ştatlar tərəfindən mürəkkəb seçim qarşısında qoyulub: ya AFR bütün Avropa ilə bərabər ABŞ-ı müttəfiq, Çini isə düşmən seçir, ya da transatlantik İttifaqı rədd edir və nəticədə Vaşinqton timsalında özünün hərbi qalxanını itirir.
İyulun 20-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Şərq Bölgəsinin Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi İ ABŞ-ı sülh və sabitliyin əsas dağıdıcısı adlandırıb.
İyulun 18-də ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib ki, Vaşinqton Pekinin Rusiyaya yardım etmək üçün istənilən cəhdini diqqətdən kənarda qoymayacaq və müvafiq qabaqlayıcı tədbirlər görəcək.
Bundan əvvəl, iyunun sonunda Çinin BMT-dəki nümayəndəsi Zjan Tszyun bildirmişdi ki, Çin NATO-nun Ukrayna və Donbasdakı münaqişədən "yeni soyuq müharibə" və blok qarşıdurmasına başlamaq üçün bəhanə kimi istifadə etmək cəhdləri ilə "son dərəcə həyəcanlıdır". Bununla yanaşı, Çin Ukrayna ətrafındakı böhranın diplomatik həllinin tərəfdarıdır.