DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Terrorçular Aya-Sofiyanı raket atəşinə tutublar

Terrorçular Hama əyalətinin Skalbiya şəhərində Aya-Sofiya kilsəsinin açılışını qeyd edən vətəndaşların toplaşdığı yerə raket atıblar.
Sputnik
BAKI, 24 iyul - Sputnik. Suriyanın Skalbiya şəhərində Aya-Sofiya kilsəsinin açılışı münasibətilə təşkil edilən şənlikdə terrorçular vətəndaşlara mərmi atıb. Bu barədə “Sana” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Həma əyalətinə edilən silahlı hücum nəticəsində ölənlər var. “Terrorçular Hama əyalətinin Skalbiya şəhərində Aya- Sofiya kilsəsinin açılışını qeyd edən vətəndaşların toplaşdığı yerə raket atıblar.
İyulun 22-də Suriyanın paytaxtı Dəməşqə hava hücumu edilib. Hücumları hava hücumundan müdafiə sistemləri dəf edib, şəhər ətrafında partlayış səsləri eşidilib.
İyulun əvvəlində Rusiyanın hava hücumundan müdafiə sistemləri Suriyadakı Xmeymim aviabazasının yaxınlığında terrorçuların iki pilotsuz təyyarəsini məhv edib. Bu barədə Rusiyanın Ərəb Respublikasındakı qoşun qruplaşmasının nümayəndəsi məlumat verib.
İyulun 20-də axşam hərbi obyektdən iki kilometr aralıda iki pilotsuz təyyarə vurulub. Tələfat və maddi ziyan dəyməyib. Baza normal işləməyə davam edir.