BAKI, 24 iyul-Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft və qaz satışından gəlirləri yarıdan çox artıb. Bu barədə şirkətin məlumatında deyilir.
2021-ci ildə SOCAR-ın təbii qaz satışından gəlirləri 76,2%, xam neft satışından gəlirləri isə 59,2% artıb.
Qeyd edək ki, şirkət ötən il qaz satışından 7.074 milyard manat, neft satışından 42.065 milyard manat gəlir götürüb.
2020-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 4.015 milyard manat və 26.419 milyard manat olmuşdu.