BAKI, 24 iyul - Sputnik. "Kalibr" raketləri Odessadakı Ukrayna hərbi obyektini məhv edib. Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Odessada Kalibr raketlərinin yüksək dəqiqliklə endirilmiş zərbələri nəticəsində Ukraynanın hərbi infrastruktur obyekti məhv edilib.
Eyni zamanda diplomat qeyd edib ki, raket zərbəsi nəticəsində məhv edilən Odessa limanının hərbi obyekti olub, ancaq bu Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqların mümkünsüzlüyü ilə bağlı bəyanatı ilə əlaqəli deyil.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.