BAKI, 24 iyul - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Bayden və Şimali Atlantika Alyansı üçün “baş ağrısı” olduğu iddia edilir. Bu barədə "The New York Times" xəbər verir.
Materialın müəllifi Maykl Kroulinin fikrincə, Ərdoğana münasibət Ankaranın Qərbin gündəminə zidd siyasət yürütməsi ilə izah oluna bilər.
Keçmiş xarici xidmət zabiti Elizabet Şakelford deyib ki, görünüşdə Ərdoğan bizim komandadadır, amma o, açıq şəkildə Qərbə faydası olmayan işlər görür”.
"NYT" həmçinin Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya daxil olmasına veto qoyması ilə bağlı xəbərdarlıqlarını, həmçinin Rusiya və İran liderləri İbrahim Rəisi və Vladimir Putinlə görüşmək üçün Tehrana səfərini xatırladıb.
Bundan əvvəl Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında sülhün təmin edilməsi üçün diplomatik səylərini davam etdirəcəyini bildirmişdi.
Ərdoğan Putinlə amfibiya təyyarələri ilə bağlı əməkdaşlığı müzakirə etdiyini də bildirmişdi.