RUSİYA

Azərbaycanlı biznesmen vətəndaşlıq üçün Portuqaliyaya müraciət edib

Rusiyanın nəhəng "VKontakte" sosial şəbəkəsinin qurucusu, sahibkar və investor Lev Leviyev də Portuqaliya vətəndaşı olmaq qərarına gəlib.
Sputnik
BAKI, 24 iyul - Sputnik. Portuqaliya Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanov və Lev Leviyevin vətəndaşlıq müraciətlərinə baxır.
Bu barədə Portuqaliyanın Ədliyyə Nazirliyi bəyanat yayıb.
Sənəddə bildirilir ki, hər iki şəxsin ifadələri “baxılma mərhələsindədir”, digər təfərrüatlar açıqlanmır. Biznesmenlər “Reuters”in şərh müraciətinə cavab verməyiblər.
Bundan əvvəl “Publico” qəzeti rusiyalı iş adamı Andrey Rappoportun da 2019-cu ildə Portuqaliya vətəndaşlığını aldığını yazıb. Qəzetin məlumatına görə, milyarder XV əsrin sonunda ölkədən qovulmuş sefarad yəhudilərinin nəsillərinə yerli pasport almağa icazə verən qanun sayəsində respublika vətəndaşlığını ala bilib (Report).
Qeyd edək ki, Qod Nisanov 1972-ci ilin 24 aprelində Qubada anadan olub. O, 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Hazırda Rusiyada yaşayır.
Lev Leviyev isə 1984-cü ildə Volqoqradda anadan olub. O, Rusiyanın nəhəng "VKontakte" sosial şəbəkəsinin qurucusu, sahibkar və investordur.