BAKI, 24 iyul - Sputnik. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb.
Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.
Görüşdə Hüseyn Əmir Abdullahiyan qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.