RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qərb ölkələri Ukraynanın Rusiya üzərində qalib gələcəyinə şübhə edirlər

"New York Times"ın yazdığına görə, Ukrayna hərbçilərinin hücumu dinc sakinlər arasında itki və yaralanmalara səbəb olub.
Sputnik
BAKI, 23 iyul — Sputnik. Qərb Rusiya ilə münaqişədə Ukraynanın qalib gələcəyinə şübhə edir, buna görə də Kiyevə dəstəyini azaldır. Bu barədə Rusiya mediası "New York Times" qəzetinə istinadən xəbər verib.
Nəşr yazır ki, Qərb ölkələri Ukraynanın Rusiya ilə "dağıdıcı müharibə"yə tab gətirə biləcəyinə şübhə edirlər. Bundan əlavə, onlar Ukrayna tərəfinə müasir silahların çatdırılmasının effektivliyinə şübhə ilə yanaşırlar.
NYT qeyd edir ki, Kiyev Qərb müttəfiqlərinə müharibədə üstünlük əldə etməsini nümayiş etdirməyə çalışır. Qəzet yazır ki, bu cür güc nümayişin nümunələrindən biri də Rusiyanın nəzarətində olan Xerson vilayətinin Novaya Kaxovka şəhərinə zərbələr endirilməsidir. Bu zərbə ABŞ-ın HIMARS raketləri ilə həyata keçirilib. Nəticədə selitra ilə dolu anbarlar, yaşayış binaları və bazar dağıdılıb, yerli xəstəxanaya ziyan dəyib. Ukrayna hərbçilərinin hücumu dinc sakinlər arasında itki və yaralanmalara səbəb olub.
Eyni zamanda qeyd olunub ki, hətta bu da Qərbi silah tədarükünü genişləndirmək üçün inandırmır, çünki Kiyevin tez-tez çağırışları artıq "səs-küyü" kimi qəbul edilir.