RUSİYA

Paraqvay Rusiya ilə ticarəti inkişaf etdirməkdə maraqlıdır

Ölkənin xarici siyasət idarəsinin rəhbəri iki ölkə arasında münasibətlərin yaxşı olduğunu vurğulayıb.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Paraqvay Rusiya ilə yaxşı münasibətləri var və ticarətin inkişafında maraqlıdır. Rusiya KİV-lərinin xəbərinə görə, bunu ölkənin xarici işlər naziri Xulio Sesar Arriola deyib.
“Bizim çox yaxşı münasibətlərimiz var, Rusiya Paraqvay ətinin 40%-ni alır, bu, Çindən sonra ikinci alıcımızdır”, - deyə o bildirib.
Nazir etiraf edib ki, "təsir edən bəzi məhdudiyyətlər var, lakin ticarət davam edir".
Eyni zamanda, Arriola Paraqvayın Rusiya ilə ticarəti təşviq etməkdə maraqlı olduğunu vurğulayıb. “Ticarət mövzusu həmişə çox aktualdır", - deyə nazir Paraqvayın hansı əməkdaşlıq sahələrinə təkan vermək istədiyi barədə sualı cavablandırarkən deyib.
O, həmçinin bildirib ki, söhbət həm ət tədarükündən, həm də digər sahələrdən gedir.