BAKI, 23 iyul-Sputnik. Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
Xidmətdən o da bildirilib ki, iyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-20° isti olacaq.