HƏRBİ

Kəlbəcərdə hərbi qulluqçumuz itkin düşüb

Nazirlikdən bildirilib ki, hərbi qulluqçunun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Kəlbəcərdə Azərbaycan ordusunun hərbi qulluqçusu itkin düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.
Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.