BAKI, 23 iyul-Sputnik. Bu günə olan məlumata görə, dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 569 023 786-ya çatıb. Bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin yaydığı məlumatda bildirilir.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 382 420 nəfər COVID-19 infeksiyasının təsirindən dünyasını dəyişib.
20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.