BAKI, 23 iyul — Sputnik. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Litszyan ABŞ-ın dünya üçün əsas təhlükə olduğunu bildirib. O, Twitter-də on ölkənin hərbi xərclərini müqayisə edən diaqramı qeyd edib. Bu barədə Rusiya mediası məlumat verib.
Şəkildən görünür ki, ABŞ hərbi xərclərə 800 milyard dollardan çox pul xərcləyir. Bu göstərici ilə dövlət birinci yerdədir və ümumi xərclərdə 9 ölkəni geridə qoyur. Bu siyahıya Çin, Hindistan, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya, Səudiyyə Ərəbistan, Yaponiya və Cənubi Koreya daxildir.
"Hansı ölkə real təhlükə yaradır?" – deyə diplomat nəşrdə qeyd edib.
İyulun 19-da Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ın anti-Rusiya sanksiyalarından "yan keçmək"lə bağlı təhdidlərini qəbuledilməz adlandırıb.
Bu yaxınlarda Çjao Litszyan bildirib ki, ABŞ-ın hərəkətləri səbəbindən müxtəlif hərbi əməliyyatlar zamanı çox sayda insan itkiləri olub.
Həmçinin, ÇXR Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, ABŞ tərəfi daima hər şey haqqında yalan danışır.