HADİSƏ

Bakı-Sumqayıt yolunda zəncirvari qəza

Hadisə nəticəsində sözügedən yolda tıxac yaranıb, xəsarət alanlar barədə məlumat yoxdur.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Bakı-Sumqayıt yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəzanın videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, hadisə nəticəsində "Hyundai", "Range Rover", "Lexus", "Ford" və "Toyota" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində sözügedən yolda tıxac yaranıb.

Baş verən qəzada xəsarət alanlar barədə məlumat yoxdur.