RUSİYA

"Şimal Axını" nın texnoloji xidmətləri mümkün deyil – Peskov

Hər hansı texnoloji çətinliklər Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərdən irəli gəlir. Məhz onlar avadanlıqların təmirinə icazə vermirlər
Sputnik
BAKI, 22 iyul — Sputnik. Kreml "Siemens" tərəfindən "Şimal axını" qaz kəmərinin layihə gücündə işləməsinə mane olan nasazlıqların qeydə alındığını qeyd edir və qaz kəmərinə düzgün texnoloji xidmət göstərilməsinin hazırda mümkünsüz olduğunu vurğulayır.
"Prezidentin (Putinin - İ.F.) Tehranda verdiyi bəyanatı diqqətlə oxumağı təklif edirəm. O, Siemens tərəfindən neçə kompressor stansiyasının və hansı problemlərin qeydə alındığını, bununla bağlı hansı vəziyyətin yarandığını tam təfərrüatı ilə izah edib. Təzyiqləri 100% artırmaq qeyri-mümkündür". Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib.
Beləliklə, o, Berlinin turbinlə bağlı problemlərin hazırda "Şimal axını" ilə nəqlin azalmasına səbəb olmadığı haqqında bəyanatını şərh edib.
Peskov qeyd edib ki, "bu, lazımi texnoloji xidmətin (qaz kəməri) mümkünsüzlüyü ilə bağlı texnoloji səbəblərdir".
O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası qaz tədarükü məsələsindən siyasi şantaj məqsədilə istifadə ittihamlarını qəti şəkildə rədd edir və Avropanın enerji təhlükəsizliyi təminatını davam etməyə hazırdır.
"Prezident Tehranda açıq şəkildə bildirib ki, "Qazprom" bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirəcək. Bununla bağlı hər hansı texnoloji çətinliklər Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərdən irəli gəlir. Məhz onlar avadanlıqların təmirinə icazə vermirlər", - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, bu, sıxılma stansiyalarında işləyən turbinlərə aiddir. "Məhz bu məhdudiyyətlər ona gətirib çıxarır ki, hazırda bəzi bölmələr lazımi servis xidməti ala bilmir", - deyə prezidentin sözçüsü bildirib.
Cümə axşamı, iyulun 21-də "Şimal axını" qaz kəməri planlaşdırılmış təmir işlərindən sonra Rusiyadan Almaniyaya qaz nəqlini bərpa edib.
"Şimal axını" hazırda 40% gücündə (gün ərzində, təxminən, 67 milyon kubmetr) işləmək iqtidarındadır. Buna səbəb Kanadanın sanksiyaları səbəbindən boru kəmərinin turbinlərindən birinin Monrealdakı zavodda əsaslı təmirdən qayıtmamasıdır. Bundan əlavə, "Portovaya" kompressor stansiyasında əsaslı təmirdən əvvəl əsaslı təmir və digər mühərriklər arasında vaxt başa çatıb. Hazırda obyektdə yalnız iki mühərrik işləyir. Tezliklə, əsaslı təmirlər arasında işləmə müddətinə görə daha bir qazötürücü aqreqat da dayandırılmalıdır.