RUSİYA

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə çağırıb

TŞ-nin iclasında Rusiyanın baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, FTX-nin direktoru Aleksandr Bortnikov və başqaları iştirak ediblər.
Sputnik
BAKI, 22 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirəsində beynəlxalq gündəmin müzakirə olunmasını təklif edib. Bu barədə Rusiya mediası xəbər verib.
"Bu gün biz beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə edəcəyik. Əvvəlcə Sergey Viktoroviç Lavrovdan xaricə səfərlərinin nəticələri barədə məlumat verməsini xahiş edirəm", - deyə dövlət başçısının sözləri Kremlin saytında yer alıb.
İclasda Rusiyanın baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, FTX-nin direktoru Aleksandr Bortnikov və başqaları iştirak edirlər.
Bu yaxınlarda prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin iyulun 22-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirmək niyyətindədir.
Bu müşavirədən əvvəl Rusiya prezidenti iyulun 15-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.