RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Qərbin Rusiya ilə bağlı fərziyyələri tamamilə əsassızdır

Nazir xatırladıb ki, hətta pandemiyanın yaratdığı böhran zamanı "kollektiv Qərb valyuta emissiyası mexanizmindən istifadə edərək ərzaq idxalından asılı olan ölkələrdə vəziyyəti daha da pisləşdirib.
Sputnik
BAKI, 22 iyul — Sputnik. Rusiyanı "aclıq ixracı"nda ittiham edən Qərb və Ukrayna məsuliyyəti "xəstə başdan sağlam başa" keçirməyə çalışır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrika mediası üçün yazdığı məqalədə deyilir.
"Vurğulamaq istərdim ki, Qərb və Ukrayna təbliğatının Rusiyanın guya "aclıq ixracı" ilə bağlı fərziyyələri tamamilə əsassızdır. Əslində, bu, onların məsuliyyəti xəstə başdan sağlam başıa keçirmək üçün növbəti cəhddir", - Rusiya XİN rəhbəri bildirib.
Nazir xatırladıb ki, hətta pandemiyanın yaratdığı böhran zamanı "kollektiv Qərb valyuta emissiyası mexanizmindən istifadə edərək əmtəə və ərzaq axınını "çəkib", ərzaq idxalından asılı olan inkişaf etməkdə olan ölkələrdə vəziyyəti daha da pisləşdirib".
"Məhz o zaman ərzaq bazarında çətin vəziyyət formalaşmağa başladı. Son aylarda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar mənfi tendensiyaları daha da gücləndirdi", - deyə Lavrov bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.