CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dörd nəfər niyə valideynlik hüququndan məhrum edilib?

Onlar qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 7 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.
Sputnik
BAKI, 22 iyul — Sputnik. 2022-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 241 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Bu barədə Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb.
Qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 7 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.
Milli Məclisdə valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilib. Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür.