RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Volodin Baydenin Ukraynadakı məqsədini açıqladı

Rusiya Dövlət Dumasının spikeri bildirib ki, ABŞ prezidenti hakimiyyəti saxlamaq üçün Ukraynada hərbi əməliyyatları davam etdirməlidir.
Sputnik
BAKI, 21 iyul — Sputnik. ABŞ Prezidenti Co Bayden hakimiyyətini qorumaq üçün Ukraynada hərbi əməliyyatları davam etdirməyin faydalı hesab edir. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
O xatırladıb ki, 3,5 aydan sonra ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək, ABŞ lideri üçün tərəfdarlarının əksəriyyətinin orada qalması vacibdir.
Volodinin sözlərinə görə, Ukrayna bu seçkilərdə mühüm rol oynayır.
"Hətta vitse-prezident kimi Bayden Maydanın fəal tərəfdarı idi. Ağ Evin Oval Ofisini zəbt edərək, o, son ukraynalıya qədər müharibə aparmağın ideoloqu oldu və Donbasda sülh yolu ilə nizamlanmanın qarşısını almaq üçün hər şeyi etdi, deyə Dövlət Dumasının spikeri "Telegram" kanalında yazıb.
O əlavə edib ki, ABŞ prezidenti hakimiyyəti saxlamaq üçün Ukraynada hərbi əməliyyatları davam etdirməlidir.
Daha əvvəl polkovnik Duqlas Makqreqor bildirmişdi ki, Bayden Rusiya ilə proksi müharibəsini sona çatdırmaq qərarına gələrək, Ukrayna uğrunda döyüşdə uduzur.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.