BAKI, 21 iyul - Sputnik. Ukraynaya gətirilən bütün Qərb silahları yaşayış məntəqələrini atəşə tutmaq üçün istifadə edilməməsi üçün məhv ediləcək. Belə bir bəyanatla Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç cümə axşamı çıxış edib.
"NATO ölkələri Ukraynaya hərbi ləvazimatlar tədarük etməkdə davam edir. ABŞ-ın "HIMARS" RYAS (reaktiv yaylım atəşi sistemi) və onlar üçün Estoniyaya ümumi məbləği 500 milyon ABŞ dolları dəyərində uzaqmənzilli mərmilər göndərmək qərarına dair məlumatların mediada "sızması" diqqətəlayiqdir. Onların hara getdiyini başa düşürük - onların hərəkətləri yaxından izlənəcək. Təsdiq edirik ki, Ukraynaya gətirilən Qərb silahları yaşayış məntəqələrini atəşə tutmaq üçün istifadə imkanlarını istisna etmək üçün məhv ediləcək”, - deyə Lukaşeviç bildirib.
O, bununla bağlı bütün lazımi göstərişlərin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində verildiyini vurğulayıb.
Qeyd edək ki, M142 "HIMARS" (High Mobility Artilleriy Rocket System) təkərli yaylım atəşi sistemi ABŞ-da "BAE Systems" və "Lockheed Martin" şirkətləri tərəfindən 1996-2000-ci illərdə hazırlanıb və 2003-cü ildən istehsal edilib.
ABŞ Ordusunun "FMTV" üç oxlu təkərli şassisi əsasında yaradılmış sistem altı reaktiv raket və ya bir operativ-taktiki ballistik raket daşıya bilir. Müəyyən növ mərmilər üçün effektiv atəş məsafəsi 80 kilometrə qədərdir. ABŞ, İordaniya, BƏƏ, Rumıniya, Sinqapur ordusunda istifadə olunur.
2022-ci ilin iyun ayının sonundan, Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasından dörd ay sonra, "HIMARS" RYAS Ukrayna qoşunları tərəfindən Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə olunur.